Qumarda qazanılan külli miqdarda pul, qara “Niva”: Cavid “gizli yol”la qaçırdılıb? - İDDİA, VİDEO

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.

İtkin düşən Cavidlə bağlı “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində yeni iddialar səsləndirilib.

İddiaya görə, 2020-ci ildə Cavid qumar oynamaq məqsədilə tez-tez Yevlaxa, əmisi oğlu Uğur Bayramova məxsus olan kafeyə gedirmiş. Cavid qumarda qazanıb və ona külli miqdarda pulla yanaşı, əmisi oğlu Uğura məxsus olan qara rəngli “Niva” markalı avtomobilin açarı da verilib. Bu söhbətdən xəbərdar olan Cavidin anası Pakizə Bayramova oğluna maşının açarlarını qaytarmasını və bu mövzunun qohumlar arasında ədavətə səbəb olacağını deyib. Cavid daha sonra açarları geri qaytarıb.

Qeyd edək ki, sözügedən hadisə COVID-19 pandemiyası ilə əlaqədar olan karantin dövründə baş verib. Cavidin Yevlaxa gedib-gəldiyi kəndlərarası yolda (yerli sakinlərin “gizli yol” adlandırdığı ərazi) polis nəzarəti olmayıb. İtkin düşən şəxsin yaxınları qumardan qazanılan külli miqdarda pula görə Cavidin adıçəkilən “gizli yol”la qaçırıldığını düşünürlər.

Ətraflı süjetdə:

23.01.2024 02:59
2534