Qüdsün mərkəzində avtomobil piyadaların üzərinə sürülüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində 5 piyada xəsarət alıb. Şübhəli zərərsizləşdirilib.
Hadisə yerinə polis qüvvələri cəlb edilib.
Qeyd olunur ki, zərərçəkənlərdən 70 yaşlı kişinin vəziyyəti ağır, 30 yaşlı qadının isə orta-ağır qiymətləndirilir.
Digər üç zərərçəkənin vəziyyəti isə qənatbəxşdir.