Qüdrət Həsənquliyev “Yeni Müsavat”ı təbrik edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunu, “Yeni Müsavat” qəzetinin fəaliyyətə başlamasının 35 illiyi münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Rauf bəy, Sizi və “Yeni Müsavat” qəzetinin kollektivini fəaliyyətə başlamağınızın 35-ci ildönümü münasibətilə təbrik edirəm.

“Yeni Müsavat” qəzeti istər müstəqil Azərbaycan mətbuatının yaranması və inkişafındakı rolu, istərsə də ideoloji müstəvidə xidmətləri ilə yadda qalıb.

Milli oyanışın insanların düşüncəsində möhkəmlənməsi və Milli Azadlıq Hərəkatının inkişafında önəmli rol oynayan “Yeni Müsavat” ənənəvi mətbuatımızın qorunub saxlanılması ilə yanaşı, müasir çağırışlara adekvat fəaliyyət göstərir, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafının yaratdığı rəqabət mühitində öz yerini qoruyur.

“Yeni Müsavat” Azərbaycan mediasında özünəməxsus dəst-xətti ilə seçilir.

Hörmətli Rauf bəy! Uğurlarınızın davamlı olmasını istəyir, Sizə və qəzetin əməkdaşlarına möhkəm cansağlığı arzulayıram!”.

07.11.2024 10:11
310