Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin Qudermesdəki binalarından biri pilotsuz uçuş aparatının hücumundan sonra yanıb.
Musavat.com Lenta.tu-ya istinadla xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram-da məlumat yayıb.
Ehtimallara görə, PUA hücumu bu bölgədə təsdiqlənən ilk hücumdur. Kadırovun sözlərinə görə, hücum saat 6:30 radələrində baş verib.
“Ölən və ya xəsarət alan yoxdur. Yanğın söndürülüb. Universitetin fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər normal rejimdə işləyir”, - deyə region rəhbəri pilotsuz təyyarənin zərbəsinin nəticələri barədə bildirib.
Kadırovun sözlərinə görə, artıq istintaq orqanları hadisəni araşdırır.
Çeçenistanda mümkün dron hücumu ilə bağlı xəbərlər daha əvvəl ortaya çıxıb, lakin çeçen mediası onları saxta adlandırıb.
Musavat.com