Qubadan acı xəbər gəldi - SON DƏQİQƏ

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Vaz" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alanlar var.

Faktla bağlı araşdırmalar davam etdirilir.

23.07.2023 17:07
1754