Qubada silah-sursat tapıldı

Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən rayonun Dəvədabanı yaşayış massivində yol kənarında 4 ədəd ov tüfəngi və 84 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

40244d1f-849d-37bc-b3a3-98918c8f00db.jpeg (302 KB)

04.03.2023 19:57
386