Qubada qanunsuz ov edən şəxs saxlanılıb

Qubada qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində saxlanılan Füzuli Ağayevdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkar edilib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

15.01.2023 14:38
327