Qubada FACİƏ: Uşaq süni göldə BATDI

Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə yeniyetmə batıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, batan 12 yaşlı yeniyetmənin meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib:

“İyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

04.06.2024 08:30
691