Qubada DƏHŞƏTLİ hadisə 

Mayın 28-də Quba şəhəri ərazisində Elman Muradov münaqişə zəminində tanışı Seyfəddin Ağayevə bıçaq xəsarətləri yetirib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, S. Ağayev xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən E. Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

28.05.2023 22:59
1258