Qubanın Timirzayev qəsəbəsində yerləşən çörək sexində yanğın olub.
Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə yerinə FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlib.
İlkin ehtimala görə, yanğın qaz sızmasından baş verib.
Hadisənin səbəbləri araşdırılır.