Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb

Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.

Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub.

Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim Facebook səhifəmizə abunə olun

15.10.2022 19:57
730