Quba rayonunda 15 yaşlı yeniyetmə qız dəm qazından ölüb.
"Report" xəbər verir ki, Hacıhüseynli kənd sakini, 2009-cu il təvəllüdlü Ayla Vəlixanova yaşadığı evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənib. O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.