Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Sosial şəbəkələrdə Q. İbadoğlu ilə birgə həyat yoldaşının da saxlanıldığı iddia edilir.
Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.