Quba sakini qonşusunu bıçaqlayıb

Quba rayonunda qonşular arasında bıçaqlanma olub.

Musavat.com Report-a istinadla xəbər verir ki, hadisə rayonun Mirzəqışlaq kəndində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadıq oğlu qonşusu ilə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

28.11.2022 22:00
562