Qroznıdakı partlayışın başvermə anı - VİDEO

Xəbər verdiyimiz kimi, Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub. Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin çəni yaşayış binasının həyətinə düşüb. Nəticədə binalara və avtomobillərə ziyan dəyib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayışda 2-si uşaq olmaqla 4 nəfər həlak olub.

Musavat.com partlayış anının görüntülərini təqdim edir:

Musavat.com

12.10.2024 18:36
1232