Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayışa səbəb olmaqda şübhəli bilinən maye qaz daşıyan yük maşınının sürücüsü həbs edilib.
"Report" xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, dörd nəfərin ölümü, beşinin isə yaralanması ilə nəticələnən hadisədə təhlükəsizliyə əməl etməyən şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
"Sürücü yanacaqdoldurma məntəqəsinin ərazisində təhlükəsizlik tələblərini pozub", - istintaqın məlumatında bildirilib.
Qeyd edək ki, hadisə oktyabrın 12-də baş verib.