Qriqoryandan Paşinyan haqda İLGİNC AÇIQLAMA

“Qarabağın əldən çıxmasında yeganə günahkar Nikol Paşinyan və onun xuntasıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində keçmiş separatçı Nelli Qriqoryan bildirib.

“Oktyabrın 6-da Praqada Qarabağın Azərbaycan olduğunu bəyan edəndə Nikol Paşinyan artıq onu təslim etmişdi”, - deyə o qeyd edib.

Qriqoryanın sözlərinə görə, Ermənistanda da Qarabağda olduğu kimi, eyni ssenari sınaqdan keçirilir.

“Vaxtilə Qarabağ ermənilərinə hər şeyin yaxşı olacağına zəmanət verərək alternativ yol çəkəcəklərini vəd etdilər. Eyni şey indi Kirantsda baş verir”, - deyə revanşist qeyd edib.

Musavat.com

21.05.2024 17:05
1440