“Qarşı tərəfin (Azərbaycan) öz prosedurlarını nə vaxt və necə həyata keçirməsi bizim üçün önəmli deyil. Hökumət konkret beynəlxalq müqavilənin konstitusiyaya uyğunluğunun müəyyən edilməsi xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib”.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Vahe Qriqoryan bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycan və Ermənistan arasında imzalanan delimitasiya üzrə birgə komissiyanın əsasnaməsinin konstitusiyaya uyğunlunu müzakirə etməlidir.
Qriqoryanın sözlərinə görə, o, hesabat verən hakimlərdən biridir, ona görə də qərar qəbul etməzdən əvvəl reqlamentə münasibət bildirə bilməz.
Musavat.com