Qriqoryan: Ermənilərin Qarabağdan çıxmasını səbəbi Paşinyan iqtidarı olmayıb

Ermənilərin Qarabağdan çıxması bir çox amillərə görə baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 23-də yerli jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, ermənilərin Qarabağdan çıxmasının səbəbi birmənalı olaraq Paşinyan iqtidarı deyil.

“Hər kəs, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin mən bu müzakirəyə girmək istəmirəm”, - deyə Ermənistan rəsmisi bildirib.

Musavat.com

23.01.2025 17:42
500