QR kod ilə "WhatsApp Web"ə giriş ləğv edilir

Dünyada ən çox istifadə edilən ünsiyyət proqramı olan WhatsApp bir funksiyasını ləğv edir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, şirkət “WhatsApp Web” üçün QR kodun istifadəsini dayandırmağı hədəfləyir.

Bunun üçün daha asan üsul hazırlanır. Məlumata görə, yaxın zamanlarda artıq "WhatsApp Web"dən istifadə etmək üçün telefon nömrəsi ilə qoşulmaq imkanı olacaq.

Musavat.com

11.07.2023 14:55
1281