Qoyunları oğurlayan çoban gecə klubunda saxlanıldı

Türkiyənin Adana şəhərində 60 baş qoyunu oğurlayaraq satan çoban saxlanılıb.

Çoban qoyunları satdıqdan sonra pulunu gecə klubunda xərcləyib.

O, elə həmin məkanda əylənərkən də tutulub.

Qeyd edək ki, polis tərəfindən saxlanılan çoban cinayətini etiraf etdikdən sonra barəsində cinayət işi açılıb./BAKU.WS

06.08.2024 10:38
1187