Qoymayın, üstümüzə Siranuş gəlir! – İndi də bu erməni ləçəri

Məlum, məlun və mənfur tayfa Azərbaycana şər atmağından bir gün belə qalmır. Vərdişi tərgitmək gerçəkdən qəliz məsələdir. Xüsusən də şirin yalanlardan “yoğrulan” pis vərdişi. Narkotik asılılığı kimi bir şeydir.

Axır vaxtlar isə haylar Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) dadanıblar. Amma hər dəfə ağızlarından vurulsa da, əl çəkmirlər. Şikayəti şikayət dalınca yollayırlar. Faktiki, bu ali qurumu da bezdiriblər.

Növbəti müraciətləri də eyni qəbildən, yəni həyasız böhtanlar kateqoriyasındandır. Nədən gedir söhbət?

İş ondadır ki, İrəvandakı Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin prezidenti Siranuş Saakyan ad-soyadlı axçi avqustun 14-də İrəvan-Gümrü yolundakı avtoqəzada həlak olmuş 21 yaşlı Helen Dadayanın Qarabağda dəfninə guya Bakının icazə verməməsi ilə bağlı AİHM-ə şikayət etməyə hazırlaşır. Bu ləçərin iddiasına görə, Azərbaycan 22 gündür “siyasi şərtlər” irəli sürür. O da nə imiş?

SİRAN.jpeg (78 KB)

Sitat: “Bakı meyitin aparılması üçün Azərbaycan toponimlərinin sənədlərdə göstərilməsi ilə bağlı qanunsuz tələb irəli sürür. Və ya tələb edir ki, cəsədin “artsax respublikası”na deyil, Azərbaycan Respublikasına aparıldığı göstərilməlidir. Ona görə də məqsədimiz məhkəmənin qərarı ilə cənazənin daşınması və dəfni üçün ailəsinə verilməsini təmin etməkdən ötrü Azərbaycanın siyasi və digər tələblər irəli sürməsini əngəlləməkdir”.

Qeyd edək ki, Avropa Məhkəməsi bir həftə ərzində qərarını elan eləməlidir...

Nə deyəsən. İndi də Siranuş üstümüzə gəlir. Bunun hələ hüquqşünas belə sayıqlayır, hüquq elmindən anlamayan, it soyundan olan soydaşları gör nə gündədir?

Əvvəla, Azərbaycanın yuxarıda sadalanan tələblərinin hansı biri əsassız, beynəlxalq hüquqa və konvensiyalara ziddir, Saakyan izah edə bilərmi? Məgər Qarabağ Azərbaycan deyil?

Hətta Ermənistanın legitim rəhbəri Nikol Paşinyan da bunu etiraf edib. Onu da deyib ki, dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi saymayam bircə dövlət belə yoxdur. Heç vaxt da olmayıb. Olmayacaq!

O halda uydurma rejimin adı niyə sənəddə əks olunmalı, həmin sənədi də “Laçın” postunda Azərbaycan sərhədçiləri qanuni sayaraq meyiti Qarabağa buraxmalıdır? Məntiq varmı? Yenə kimə kələk gəlirlər? Bizi hələ də “banan ölkəsi”mi hesab edilər?

Məgər Siranuş görmürmü ki, “Spayka”lar hansı səbəbə bir aydan çoxdur sərhəddə dayanıb? Parisin avantürist və şarlatan meri və başının dəstəsini sərhəddə gəldiyinə necə peşman elədiyimizi də Saakyan unudub?

Ümumiyyətlə, sanki paralel dünyada yaşayan bu ağıldan mayıf varlıqlar, əxlaqsız və şərəfsiz hay sürüsü “miatsum” təfəkküründən nə vaxt qurtulacaq görəsən? Həqiqətənmi onlar xəyal edirlər ki, Avropa Məhkəməsi beynəlxalq hüquqa deyil, s”arsaq”-marsaq uydurmasına istina edəcək?..

Yaxud bunun harası “siyasi tələblər” oldu? Azərbaycan sadəcə, bütün normal dövlətlər kimi, öz suverenliyi və ərazi bütövlüyünə hamıdan hörmət tələb edir, ilk növbədə də xəbis qonşulardan. Vəssalam.

Hiylələrinı bax. Biz minlərlə şəhid verdik ki, hansısa erməninin Qarabağda dəfni naminə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü sual altına qoysun, alver predmetinə çevirsin? Bədnam “Minsk üçlüsü”nün təzyiqlərinə rəğmən, belə şeyi heç 30 illik işğal dövründə yaxına buraxmadıq, Ermənistanın kapitulyasiyasından sonramı izn verəcəyik?

Deyəsən tez-tez donuz əti yeməkdən kişili-qadınlı bunların başları artıq donuz başı kimi işləyir. Yaxud işləmir. Əlbəttə, normal qafalı ermənilər də var. Amma əfsus ki, barmaqla sayılacaq qədər. Hay qəbiləsinin ən böyük faciəsi də elə budur...

Siyasət şöbəsi,
Musavat.com

05.09.2023 16:16
4247