Ötən il Türkiyənin Dyarəkir vilayətində baş verən dəhşətli hadisənin görüntüləri ortaya çıxıb.
Musavat.com xəbər verir ki, iki ailə arasında baş verən torpaq davası 9 nəfərin ölümünə səbəb olub.
Sözügedən hadisənin görüntüləri əraziyə gələn təcili yardımın avtomobilindəki kameraya əks olunub.
Hadisə 2023-cü il iyunun 15-də səhər saatlarında Bismil rayonunun Serçeler məhəlləsində baş verib. Alyamaç və Taş ailələri arasında torpaq mübahisəsi zəminində başlayan mübahisə davaya çevrilib. Davaya müdaxilə edən jandarma həmin şəxslərə atəş açıb.
Musavat.com