Antalyada keçmiş qadın şərikinin iş yerinə gələn kişi dəhşət saçıb.
Musavat.com xəbər verir ki, həmin şəxs qadının iş yerinə gələrək onu güllələyib.
Həmin şəxs keçmiş şərikini öldürdükdən sonra hadisə yerindən qaçıb.
Baş verən hadisədə tikinti şirkətinin sahibi 40 yaşlı Zehra Çatal ilə Yılmaz F. arasında mübahisə düşüb. Hadisənin onların şərik olduğu vaxtlardan qalan pul hesabı məsələsi üstündə baş verdiyi bildirilir. Silah səslərini eşidənlər vəziyyəti Təcili Yardıma bildiriblər. Xəbərdarlıqdan sonra bölgəyə çoxlu sayda polis və sağlamlıq qrupları göndərilib. Sağlamlıq qrupları tərəfindən edilən nəzarətdə qadının öldüyü təyin olunub.
Polislər isə qaçan şəxsi tutmaq üçün işə başlayıb.
Musavat.com