Son vaxtlar sosial şəbəkələrdə, xüsusən də "İnstagram" səhifələrində arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulların geniş şəkildə satışı həyata keçirilir. Mütəxəssislər dəfələrlə həmin məhsulların insan orqanizmi üçün təhlükəli, hətta ölümə səbəb ola bildiyi haqda xəbərdarlıqlar etsələr də, bu cür məhsullara müraciət edənlərin sayı hər ötən gün daha da artmaqdadır.
Artıq Daxili İşlər Nazirliyi ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edən şəxslərə qarşı tədbirlər keçirib.
Bəs vətəndaşlarımız bu cür qida məhsullarının təhlükəli olması haqda nə qədər məlumatlıdır?
TV Musavat-ın əməkdaşları bu mövzu ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib, mütəxəssislərin rəyini öyrənib.
Hazırladığımız videoreportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com