Qorxulan baş verdi: Meymunçiçəyinin yeni ştammına İLK YOLUXMA qeydə alındı

ABŞ-ın Kaliforniya İctimai Sağlamlıq Departamenti meymunçiçəyi virusunun yeni ştammına ilk yoluxma halını təsdiqləyib. Departamentin məlumatına görə, yoluxma halı Kaliforniya ştatında qeydə alınıb və hazırda vəziyyət nəzarət altındadır.

Musavat.com xəbər verir ki, mütəxəssislər virusun yayılma xüsusiyyətlərini öyrənir və yeni ştammın mövcud ştammlardan nə dərəcədə fərqləndiyini araşdırırlar. Hazırda yoluxmuş şəxsin vəziyyəti barədə ətraflı məlumat verilməsə də, ictimai sağlamlıq tədbirlərinin gücləndirildiyi bildirilir.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi vəziyyətlə bağlı əhalini məlumatlandırmaq və yoluxmanın yayılmasının qarşısını almaq üçün xüsusi addımlar atmağa başlayıb.

Musavat.com hadisəni izləməyə davam edir və yeni məlumatları təqdim edəcək.

17.11.2024 09:13
852