Qordon: "FSB ölümümə qərar verib və bunun icrası üçün elit killerlər göndərib" - ŞOK VİDEO AÇIQLAMA

Musavat.com xəbər verir ki, Ukraynanın dünyaca məşhur jurnalisti Dmitriy Qordon sensasion sayıla biləcək açıqlama verib.

O, özünə məxsus kanalda bildirib ki, Rusiya onu susdurmaq üçün göstərdiyi bütün cəhdlərdən, məhkəmə və digər vasitələrdən sonra nəhayət qərara gəlib ki, fiziki olaraq məhv etsin:

 "Bunun üçün "FSB" (FTX) Ukraynaya elit killer qrupu göndərib. Təfsilatı tam açıqlamaq istəmirəm, çünki hələ özüm də tam məlumatlı deyiləm. Lakin mənim həyatımı xilas etmək üçün göstərdikləri çalışmalara görə Ukrayna xüsusi xidmətinə, onun əks - kəşfiyyat departamentinə, şəxsən Vasili Malyuka (Ukrayna Təhlükəsizlik Xidmətinin (SBY) rəisi) təşəkkür edirəm".

Jurnalist deyib ki, onu heç cür susdura bilməyəcəklər: "Ən qısa zamanda bizim çoxmilyonlu auditoriyamızda bu planın bütün təfsilatlarını bölüşəcəm".

Musavat.com xatırlatma edir ki, Dmitri Qordon (Dmytro Qordon), 21 oktyabr 1967-ci ildə Kiyevdə anadan olub. Tanınmış ukraynalı jurnalist, yazar və televiziya aparıcısıdır.

O, "Dmitri Qordonun qonağı" (На гостях у Дмитрия Гордона) adlı məşhur televiziya verilişi ilə tanınır və bu proqramda bir çox tanınmış şəxsiyyətləri, o cümlədən siyasətçiləri, ədəbiyyatçıları və incəsənət nümayəndələrini müsahibəyə dəvət etmişdi. Qordon 500-dən çox məşhur insanla açıq və səmimi müsahibələr aparıb.

İşin qəribə tərəfi, onlardan biri də V. V. Putin olub.

Dmitri Qordon həmçinin "Boulevard” qəzetinin təsisçisi və baş redaktorudur. Bu qəzet sonradan "Gordon Boulevard" adlandırıldı.

O, 40-dan çox kitab müəllifidir. Kitabları əsasən məşhurlarla etdiyi müsahibələr və onların həyatına dair bioqrafik əsərlərdən ibarətdir.
Jurnalistika ilə yanaşı, Qordon müasir musiqiyə də maraq göstərir və 60-dan çox mahnı yazdırıb, bir neçə albom buraxıb.

Dmitri Qordon Ukrayna-Rusiya müharibəsində Ukraynanın tərəfini açıq şəkildə dəstəkləyir və Rusiyanın siyasətlərinə qarşı kəskin tənqidlərlə çıxış edir. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya hökuməti onun əleyhinə cinayət işi açıb. Buna baxmayaraq, Qordon Ukrayna ordusu üçün maliyyə yığmaqda və Ukrayna xalqını dəstəkləməkdə fəal iştirak edir.

Dmitri Qordonun həyat yoldaşı Alesia Batsmandır, o da tanınmış jurnalist və "Shuster Live" verilişinin baş redaktorudur. Cütlük 7 uşaq sahibidir.

 
Dmitri Qordonun rəsmi saytı da var - https://gordonua.com.

 Musavat.com mövzu ilə bağlı jurnalistin özünün açıqladığı video - məlumatı təqdim edir:

 

Musavat.com

 

08.09.2024 11:21
1130