Qonşunun bu şəhəri TANINMAZ halda - 18 ölü, 16 itkin

“Torpaq sürüşməsinin baş verdiyi Raça dağlıq bölgəsində yerləşən Şovi kurort şəhəri artıq mövcud deyil”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Qeyd edək ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist koteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib.

Musavat.com

06.08.2023 21:35
1063