Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb.
Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.
1979-cu il təvəllüdlü Anar Hüseynov bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və orada dünyasını dəyişib. Polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumata görə, A.Hüseynov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.