Bakıda külli miqdarda dələduzluq edilib.
Musavat.com-un Lent.az-a istinadla məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib. Rayon sakini, ev alqı-satqısı ilə məşğul olan Babək Əliyevi qonşusu Sirac Quliyev aldadıb. S. Quliyev zərərçəkmişə Çindən telefon aksesuarları gətirib satmaq vədi verib. Bu yolla ondan 92 min 500 manat pul alıb. Həmçinin Babək Əliyevin yeznəsi Ehtiram Əliyev də dələduzun qurbanı olub. Sirac Ehtirama Dubaydan kompüter gətirib sataraq gəlir əldə edəcəyini bildirib və bu üsulla ondan 52 min manat pul alıb.
Beləliklə də zərərçəkmişlərin ümumilikdə 144 min 500 manatını dələduzluq yolu ilə mənimsəyib.
Hazırda Sirac Quliyevin cinayət işi üzrə istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.