Rusiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi xəbər verib.
Məlumata əsasən, zəlzələnin ocağı 180,3 km dərinlikdə yerləşib.
Yeraltı təkanların ocağı Petropavlovsk-Kamçatski şəhərindən 37 km aralıda olub.