Qonşu ölkədə güclü zəlzələ oldu

İranda Cənubi Xorasan əyalətində 5,1 maqnituda da zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri Bircənd şəhərindən 94 km cənub-şərqdə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

27.10.2023 04:04
1547