Qonşu ölkədə GÜCLÜ ZƏLZƏLƏ: intensivlik 5.8 bal olub

Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

"Zəlzələ Olxon bölgəsində, Baykal gölünün sularında, Buquldeyka yaşayış məntəqəsindən 25 kilometr aralıda baş verib", - məlumatda deyilir.

Zəlzələnin episentrində intensivlik 5.8 bal olub. Anqara vilayətinin İrkutsk, Olxonski, Slyudyanski, Ekirit-Bulaqatski və Bayandayevski rayonlarında yeraltı təkanların şiddəti 3-4 bal təşkil edib.

"Bütün infrastruktur obyektləri normal işləyir", - Fövqəladə Hallar Nazirliyindən bildirilib./Oxu.az

21.09.2024 20:33
4143