Rusiya 2023-2024-cü il aqrar mövsümünə rekord həcmdə taxıl ehtiyatı ilə keçib. Ölkənin Statistika Komitəsinin məlumatına əsasən iyulun 1-də Rusiya anbarlarında 13 milyon 197 min ton taxıl olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.
Qarğıdalısız ehtiyatlar 1,7 dəfə artmaqla 12 milyon 29 min ton olub. Bunun 7 milyon 456 min tonunu buğda təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,74 dəfə çoxdur.
Yeni mövsümə Rusiya 1 milyon 168 min ton qarğıdalı ilə keçib ki, bu da əvvəlki ilin göstəricisindən 8,1 faiz çoxdur.
Qeyd edək ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi bu mövsümdə ölkədə 123 milyon taxıl, o cümlədən 88 milyon ton buğda istehsalı proqnozlaşdırır.
Keçən mövsümün qalığı da nəzərə alınarsa, bu mövsümdə Rusiyanın buğda ixracı potensialı 47 milyon ton həcmində qiymətləndirilir. Bu isə Azərbaycan üçün əlverişli şərtlərin formalaşması deməkdir. Belə ki, ölkəmiz buğdanın 70 faizə yaxınını Rusiyadan idxal edir.
Musavat.com