Qonşu gəlinimlə yarıçılpaq şəklini göstərdi, dedim, mənə ver... – Azərbaycanda ŞOK

Sabirabad rayonunda 1973-cü il təvəllüdlü Akif gəlini ilə intim münasibətdə olan qonşusu Çinara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Akif 1993-cü il təvəllüdlü qonşusu Çinarın gəlini Səmayə ilə yaxın münasibət saxlamasını və birgə fotoşəkillərinin olmasını öyrənib.

O, qonşusu ilə 16 iyun 2022-ci ildə saat 17 radələrində Sabirabad rayonunun kəndində, yol kənarında görüşüb. Çinardan gəlini ilə birgə fotoşəklini verməsini, eyni zamanda onun iddiası əsasında Sabirabad Rayon Məhkəməsində keçiriləcək prosesə gedərək hakimə Səmayə ilə intim münasibətlərinin olduğunu bildirməyi tələb edib.

Çinar təklifdən imtina etdikdə Akif üzərində gəzdirdiyi bıçaqla onu vurub.

İstintaq orqanı tərəfindən Akifin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, oğlu Vüqar 2018-ci ildə Səmayə ilə ailə həyatı qurub və iki övladları doğulub: “Vüqar və Səmayə bizimlə birlikdə yaşayırdılar. 2021-ci ilin yay aylarında Vüqarla işləmək üçün Rusiyaya getdim. Sentyabrda mən Rusiyadan qayıtdım, oğlum isə orada qaldı.

Evimə gəldikdə gəlinim Səmayə evdə yox idi. Arvadım İranədən gəlinin harada olduğunu soruşdum. Gəlinin anası ilə yaşadıqları Bakı şəhərindəki evlərinə getdiyini bildirdi. Səbəbi soruşduqda arvadım gəlinin kiminləsə münasibətdə olduğundan şübhələndiyini, bu səbəbdən aralarında mübahisə yarandığını bildirdi. Bu barədə kənd sakinlərindən maraqlandım. Aydın oldu ki, gəlinim bizimlə qonşuluqda yaşayan Çinarla münasibətdə olub.

Səmayənin anasına zəng etdim. Telefonda mübahisə etdik. O mənim dediklərimə inanmadı. Bu barədə oğluma da xəbər verdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Çinarı kənddə görəndə hərəkətinin düz olmadığını, bir ailəni dağıtdığını deyib: “Oğlum Vüqar dekabr ayındadan qayıtdıqdan sonra Səmayə ilə boşandılar. Oğluma 280 manat aliment kəsildi.

Təxminən 2022-ci il mayın əvvələrində evdə olduğum zaman Çinarın həyat yoldaşı bizim həyətə gəldi. Səmayə ilə Çinarın şəkillərinin olduğunu, onları bizə verəcəyini bildirib getdi. Bu söhbətlərdən sonra oğlumun Səmayəyə aliment ödəməsini istəmədim. Çinara zəng etdim, onunla görüşdüm. Şəkillərin olub-olmamasını soruşdum. Çinar Səmayə ilə birlikdə olan şəkilləri mənə göstərdi. Şəkilləri istədikdə valideyinləri ilə məsləhətləşib bir söz deyəcəyini bildirdi”.

Akifin ifadəsinə görə, bir neçə gün gözlədikdən sonra 16 iyun 2022-ci ildə Çinara yenə zəng edib, şəkillərlə maraqlanıb, özünün də harada olduğunu soruşub: “Çinar kənddə olduğunu dedi. Təxminən saat 17 radələrində kənddə qəbirstanlığın yanında görüşdük. O, öz avtomobilində gəlmişdi. Amma avtomobili həmkəndlimiz Zaur idarə edirdi.

Kənarda dayanaraq söhbət etdik. Səmayə ilə olan şəkilləri mənə verməsini, Səmayəni yenidən məhkəməyə verərək oğlumu alimentdən azad etdirmək istədiyimi dedim. Çinar mənə kobudcasına şəkilləri verməyəcəyini dedi. Əsəbiləşərək üzərimdə olan bıçağı çıxardım və Çinarın sinə nahiyəsindən bir dəfə vurdüm.

Çinar qaçıb avtomobilə əyləşdi, sürüb getdilər. Yola çıxıb taksiyə əyləşdim və rayon polis şöbəsinə gələrək etiraf etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Çinarla görüşə gedərkən aralarında dava olmasından ehtiyat etdiyini, bıçağı bu səbəbdən götürdüyünü, Çinarı öldürmək niyyətinin olmadığını deyib: “Əsəbiləşdiyim üçün Çinarı vurdum. Onu yenə vurmaq imkam vardı, amma bunu etmədim. Çinarı vurarkən ətrafda heç kim yoxudu. Zaur avtomobildə idi”.

Akif ifadəsində qeyd edib ki, keçmiş gəlini Səmayə ilə birlikdə fotoşəkilini Çinarın özü ona göstərib: “Çinarla keçmiş gəlinim Səmayənin yarıçılpaq vəziyyətdə çöl sahəsində qucaqlaşaraq şəkil çəkdirdiklərini gördüm. Çinarı səbəbsiz vurmamışam. Fotoşəkilləri istədim, vermədi. Bu səbəbdən onu vurdum”.

İş üzrə zərərçəkmiş Çinarın sözlərinə görə, Akifin keçmiş gəlini Səmayə ilə əvvəllər yaxın münasibəti olub, bu əməlinə görə peşmandır: “Akif 2022-ci ilin yay aylarında məndən gəlini ilə olan fotoşəkilləri istədi, verməkdən imtina etdim. Buna görə o mənimlə mütəmadi əlaqə saxladı. Sonuncu dəfə 2022-ci ilin iyunun 16-da kənddəki qəbiristanlıq ərazisində yolun kənarında görüşdük. Akif bir daha məndən Səmayə ilə olan şəkilləri istəsə də, şəkilləri verməyəcəyimi dedim. Üzərində olan bıçaqla o, bir dəfə sinə nahiyəmə vurdu. Dostum Zaur bizdən aralıda idi. Onu çağırdım, məni xəstəxanaya apardı.

Akiflə mübahisə zamanı yaxalaşsaq da, bir-birimizi vurmadıq. O, məni bıçaqla bir dəfə vurdu. Təkrar vurmaq imkanı olsa da, bunu etməyib oradan getdi. Akiflə barışmışam. Bu hadisə mənim səhvim, yəni Akifin gəlini ilə münasibətim olması səbəbindən baş verib. Səmayə ilə fotoşəkilləri mən yox, Səmayənin özü çəkmişdi”.

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən Akifin həyat yoldaşı Xumarın sözlərinə görə, oğlu Vüqar 2018-ci il də Səmayə ilə ailə həyatı qurub və iki övladları var: “2021-ci ilin sentyabrında ərimlə oğlum işləmək üçün Rusiyaya getdilər. Gəlinim və nəvələrimlə birlikdə qaldım.

Təxminən oktyabr ayında gecə saatlarında yaşadığımız evdə yatmışdım. Saat 3 radələrində birdən nəvəmin ağladığını eşidib yuxudan oyandım. Səmayənin nəvəmin yanında olmadığını gördüm. Evin qapısı açıq idi, həyətə baxdıqda Səmayənin bağ tərəfdən gəldiyini gördüm. Gecə haradan gəldiyini soruşdum. O da bağda səs eşitdiyini, bu səbəbdən bağa getdiyini bildirdi.

Səmayənin bu hərəkətlərindən şübhələndim. Səhəri gün nənəsinə, anasına bu barədə dedim. Anası Bakı şəhərindən gələrək Səmayəni uşaqları ilə birlikdə apardı. Kənd sakinləri arasında gəzən söz-söhbətdən başa düşdüm ki, gəlinim qonşu Çinarla münasibətdə olub. Bir müddət sonra ərim Akif Rusiyadan qayıtdıqdan sonra bu barədə ona danışdım. Akif maraqlanacağını bildirdi.

Həmin vaxtlar Çinarın arvadı əsəbi halda həyətimizə gəldi. Çinarla Səmayənin münasibətlərinə sübut olduğunu deyib getdi. Akif Çinardan bu barədə soruşsa da, Çinar heç nəyi etiraf etmədi.

Oğlum Rusiyadan qayıtdıqdan sonra Səmayəni geri gətirdi. O, bir neçə gün birlikdə yaşadıqdan sonra getmək istədiyini dedi. Bundan sonra oğlum Səmayə ilə rəsmən boşandı. Məhkəmə oğluma 280 manat aliment kəsdi. Bir müddət sonra Akif dedi ki, Çinar Səmayə ilə birlikdə olan şəkilləri ona göstərib. Mən Akifi sakitləşdirdim, olub keçdiyini dedim. Akif şəkilləri gördükdən sonra Çinarla Səmayənin münasibətinin olduğunu dəqiqləşdirdik”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Akifin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

Akif 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com

04.04.2024 17:42
2463