Qonaq getdiyi evdə arı sancdı, öldü

Ağstafada gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo"nun xəbərinə görə, Aşağı Göycəli kənd sakini, 1998-ci il təvəllüdlü İlqar Qəhrəmanov arı sancma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, İ.Qəhramanov xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, İ.Qəhramanovu qonaq getdiyi evdə arı sancıb.

Faktla bağlı araşdırma aparılır.

09.07.2022 21:55
760