Roza Zərgərli övladları haqda danışan insanlara sərt ismarıc göndərib.
Musavat.com azxeber.com-a istinadən xəbər verir ki, Roza Zərgərli "Sözün düzü" layihəsində övladları ilə bağlı heç yerdə demədiyi açıqlamalar verib.
Sənətçi onu qınayanlara cavab verib:
"Mən ən önəmlisi qolu birindən, ayağı birindən uşaq dünyaya gətirməmişəm. Dünyaya bir övlad gətirmişəm, o da əkiz olub, bir tayı rəhmətə gedib. Fərqli-fərqli kişilərdən uşaq qazanmamışam! Qızımın 14 yaşı olanda mən oğullarımı yanıma götürmüşəm. Onların da qanunla himayədarıyam. Öz qızıma necə yanaşmışamsa onlara da o cür yanaşmışam. Onlar anaları dünyasını dəyişəndən sonra mənimlə yaşamağa başlayıblar. Əvvəl Corc, sonra isə Jerar. Çünki onlar uşaq evindən çıxmamış, onları yanıma götürə bilməzdim. Balaca oğlum oxumaq istəməsə də onlara təhsil vermişəm, onlarla bərabər əsgərlik çəkmişəm, Corcun andiçmə mərasimində "Əsgər anası" kimi səhnədə çıxış da etmişəm, xəstəlikləri, əməliyyatları, maddi mənəvi nə ehtiyacları olubsa, mənə deyiblər. Himayədar kimi yox, ana kimi!"