Meyxanaçı Ələkbər Yasamallı hazırda Almaniyadadır.
Musavat.com xəbər verir ki, bu barədə "Təsir dairəsi" verilişinə qonaq olan prodüser Ataş Hüseynov bildirib.
Onun sözlərinə görə, Yasamallı artqı 6 aydır Almaniyada yaşayır. O, sözügedən ölkədə yaşamaq üçün icazə almaq istəyir.
Qeyd edək ki, Ələkbər Yasamallı meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehtiyevin yaxın qohumudur.