Qohum evliliyinə kimlər qarşı, kimlər tərəfdarıdır? - Bakı sakinlərindən fərqli rəylər

Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında artıq müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Belə ki, nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir. Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Əksər mütəxəssislər bu qadağanın tərəfdarı olsa da, bəziləri bunu insan haqlarının pozulması kimi qiymətləndirir.

Bəs Bakı sakinləri bu məsələ ilə bağlı necə düşünür?

TV Musavat-ın əməkdaşları bu sualla paytaxt sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

13.06.2024 20:29
1363