Qobustanda minik avtomobili və mikroavtobus toqquşub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində “Hyundai” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

FHN-dən Musavat.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

12.06.2022 22:44
438