Qobustanda avtomobil yanıb

Qobustan şəhərində “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı avtomobillər və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

29.07.2022 21:44
297