Qobustanda ana və övladı dəm qazından boğulub öldülər

Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından zəhərləniblər.

Musavat.com xəbər verir ki, bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər.

04.02.2024 00:29
529