Qobuda itlərin dişlədiyi 9 yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: “Hazırda müalicəsi palata şəraitində davam etdirilir”.
Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.