"Qızlar özünü reklam edir ki, ərə gedirəm"

"Qızlar ailə qurmamış sosial şəbəkədə özünü reklam edir ki, ərə gedirəm. İki ay keçməmiş eşidirsən ki, ayrılıb. Təki ad olsun ki, ərə getdi".

Bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Nigar xanım" verilişində deyib.

Sənətçi ailə üçün iki dəfə xəyanəti bağışladığını bildirib:

"Heç nəyə tələsmək lazım deyil. Heç kimi də qınamıram. Elə insanlar var ki, sənətini seçir. Mən də sənətimi sevirəm. Amma həmişə ailəli olmuşam. İki dəfə ailə qurmuşam. Boşanmağım xəyanətə görə oldu. Bir-iki dəfə xəyanəti bağışladım. Stres keçirirdim. Səhnədə oxuyurdum, kənarda ağlayırdım. Ürəyim elə qırıldı ki... Heç ağlıma gəlməzdi ki, boşanaram. Amma keçmiş həyat yoldaşım çox peşman oldu".//Axşam.az

22.08.2024 11:23
971