Anası və arvadı pedofil təcavüzkara həbsxanadan qaçmağa kömək edib.
ABŞ-da bir il əvvəl anası və həyat yoldaşının köməyi ilə həbsxanadan qaçan pedofil təcavüzkar saxlanılıb. Bu barədə “People” məlumat yayıb.
Qeyd edilir ki, 14 yaşlı ögey qızını zorladığına görə ömürlük həbs cəzası alan 39 yaşlı Samuel Hartman 2022-ci il avqustun 12-də etiraz aksiyası keçirib. Həmin gün o, məhbuslardan ibarət briqadanın tərkibində həbsxana divarlarından kənarda işləyirkən bir yük maşını qəfil yaxınlıqda dayanıb. Avtomobildən tullanan iki qadın mühafizəçilərə atəş açaraq, Hartmanı qaçırıb.
Həbsxana işçiləri onları Missisipi çayına qədər təqib edib. Samuel anası Linda Vhite və arvadı Misti Hartman ilə birlikdə reaktiv xizəklərə minərək aradan çıxıb.
Avqustun 29-da Hartman, onun həyat yoldaşı, anası və anasının sevgilisi Rodni Trent iki ştatın polisinin birgə əməliyyatı zamanı yaxalanıb.
Trent cinsi cinayətkarı gizlətmək və qaçışda iştirak etməkdə ittiham olunur. Qadınlara qarşı hansı ittihamların irəli sürüldüyü hələlik məlum deyil. (Publika.az)