Qızılın qiymətində YENİ REKORD - SON RƏQƏMLƏR

Son günlər beynəlxalq birjalarda xalis qızıl yenidən bahalaşıb.

Musavat.com xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,33% artaraq 2 436,9 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,38% artaraq 31,06 ABŞ dollarına bərabər olub.

Hazırda bir qram xalis qızılın dəyəri 78 dolları (132 manat) ötüb. Bu il ABŞ Federal Ehtiyat Sisteminin ən azı üç dəfə uçot dərəcələrini aşağı salacağı gözlənilir. Bu gözləntilər səbəbindən qızılın unsiya qiyməti iyulun 16-da səhər 0,4% artaraq 2 min 432 dollara satılıb.  “Goldman Sachs”, iyul ayında uçot dərəcəsinin endirilməsi üçün səbəblərin çox olduğunu bildirsə də, bu il üç faiz endiriminin baş verməsi ehtimalı 60%-dən çoxdur.

Mövcud qiymət bu ilin mayında qeydə alınan dəyəri (78,8 dollar) nəzərə almasaq, ən yüksək qiymətdir. Ümumilikdə, qızılın dəyəri ötən ayın son günlərindən yüksəlməyə başlayıb və bu proses hələ də davam edir.

Bahalaşmanın baş verdiyi ilk günlərdə qızılın qiyməti 74 dollar idi. Hazırkı qiymət üç həftə əvvəlki qiymətdən 4 dollar yüksəkdir.

Musavat.com

16.07.2024 19:51
1246