Bu gün "Comex" birjasında keçirilən hərraclarda qızılın qiyməti yeni rekorda – 1unsiya üçün 2707,9 dollara çatıb.
Musavat.com "Blomberg"ə istinadən xəbər verir ki, gümüş də sürətlə bahalaşaraq, son 12 ilin ən yüksək səviyyəsinə yüksəlib: 2,8 faiz artaraq bir unsiya üçün 32,71 dollara çatıb ki, bu da 2012-ci ilin dekabrından bəri rekorddur.
İlin əvvəlindən gümüş 34 faiz bahalaşaraq xamallar arasında ən yaxşı dinamikanı nümayiş etdirir. Qızıl ilin əvvəlindən təxminən 30 faiz bahalaşıb.
Qiymətli metalların qiyməti dünyanın aparıcı mərkəzi banklarının faiz endirimləri gözləntiləri ilə dəstəklənir. Treyderlər noyabr ayında ABŞ Federal Ehtiyatlar Sisteminin növbəti iclasda faiz dərəcəsini daha 50 faiz bəndi aşağı salması ehtimalını təxminən 62 faiz qiymətləndirirlər.
Musavat.com