Ötən gün Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dənizin məzun gecəsi keçirilib.
Müğənni hit mahnılarını ifa edərək övladını məzun olması münasibətilə təbrik edib. Bu haqda Xanbabayeva sosial şəbəkədə bildirib. O, Dənizin məzun günündən yeni görüntülər paylaşaraq həmin gün fərqli hisslər yaşadığını qeyd edib:
"Qəribə hisslərdir... Dənizimin ilk məzun gecəsində həm də bir müğənni olaraq iştirak edəcəyimi təsəvvür etmirdim. Əziz, doğma balalarımız! Hər birinizi ürəkdən təbrik edirik! Yolunuz açıq olsun!".
(BAKU.WS)