Aparıcı İlkin Həsəninin qızı Alisa xəstəxanaya yerləşdirilib.
Bu haqda o özü məlumat yayıb. O bildirib ki, övladı virusa yoluxub.
İ.Həsəninin bloger xanımı Aysel isə "Alisanın qızdırması 40-a çatmışdı, bədənində isə səpgilər var idi. Amma qızılca yox, skarlatinadır. Valideynlər bunu qarışdırmasın. Uşağınızda boğaz ağrısı, səpki, qızdırma varsa, qızılca deyib, müalicə etməyin" deyə, bildirib.
O, daha sonra müayinələrdən sonra evə buraxılacaqlarını vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl cütlüyün oğlu Raul da xəstəxanaya yerləşdirilmişdi./Axşam.az