Rusiyanın Soçi şəhərində gənclər arasında kütləvi dava baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Truda küçəsində axşam saatlarında iki dəstə arasında qız üstündə mübahisə baş verib. Mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Hadisə şahidi olan bir qadın 17 yaşlı gəncin izdiham tərəfindən necə döyüldüyünü lentə alıb və ona kömək etməyə çalışıb.
Hadisə yerinə gələn polis əməkdaşları 23 nəfəri həbs edib. Onlardan 10-u inzibati məsuliyyətə cəlb olunacaq. Döyülən gənc oğlan xəstəxanaya getməkdən və şikayət ərizəsi yazmaqdan imtina edib.